Partnyor şirkətlərin bir-birilərinin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil ediyimiz növbəti ofis ziyarətimiz “Shane Academy” təhsil mərkəzində baş tutub. Partnyorlar bir-birilərilə biznes təcrübələrini bölüşərək yaxından tanış olublar. Daha sonra dünyanın çox sayda ölkəsində fəaliyyət göstərən “Shane Academy”ni Azərbaycanda da təsis edən Jalə Bəhramova mərkəzin fəaliyyətləri və dünya standartlarına cavab verən təlim-təhsil...Ətraflı
Bugün partnyorlarımızın iştirakı ilə sosial tərəfdaşımız “Birgə və Sağlam” İctimai Birliyinin ofisini ziyarət etdik. “Birgə və Sağlam” İB-nin sədri Aytən Eynalova müəssisənin fəaliyyətləri haqqında partnyorları məlumatlandırmaqla yanaşı təşkil olunan dərs prosedurlarının gerçəkləşdiyi zal və otaqlarla əyani şəkildə tanış etdi. Partnyorlarımız bir-birilərilə həmsöhbət olaraq müəssisənin fəaliyyəti haqqında müzakirələr apardılar. Daha sonra autizm sendromlu uşaqların müəssisə daxilində...Ətraflı
Bugün partnyorumuz “Express Services and Logistics” şirkətinin ofisini ziyarət etdik. Partnyorlarımız yeni tanışlıqlar qurmaq və şirkətin fəaliyyətləri ilə yaxından tanış olmaq məqsədi ilə bir araya gəldilər. Şirkətin rəhbəri Anar Əsgərov bizi çay süfrəsinə dəvət edərək nəqliyyat, ixrac-idxal, həmçinin gömrük rəsmiləşdirilməsi xidmətləri haqqında partnyorlarımızı məlumatlandırdı. Anar bəyin təqdimatı həm də partnyorlarımıza şirkətin xidmətlərinin müxtəlif yönlərini araşdırmaq...Ətraflı
Bu dəfəki “Ofis Ziyarəti”miz partnyorlarımızla birlikdə “OfficePro” şirkətində baş tutdu. Partnyorlar arasında yeni tanışlıqlar və müzakirələr oldu. Həmçinin, “OfficePro” şirkətinin rəhbəri Fizuli Məmmədov partnyorlarımıza ofislərin təchizatı üçün göstərdikləri xidmətlər haqqında məlumat verdi. Daha sonra şirkətin şourumunu gəzərək ofis ləvazimatları və digər məhsullarla əyani şəkildə tanış olduq. Fizuli bəy bizə məhsulları haqqında ətraflı məlumat verdi. “OfficePro”...Ətraflı
Bugün partnyorumuz “SR Group Company” şirkətinin ofisini ziyarət etdik. Partnyorlarımız yeni tanışlıqlar qurmaq və şirkətin fəaliyyətləri ilə yaxından tanış olmaq məqsədi ilə bir araya gəldilər. Şirkətin rəhbəri Rahib Hüseynli bizi çay süfrəsinə dəvət etdi və gömrük bəyannamələrinin doldurulması, mal-müşayiət sənədlərinin tərtibi və göstərdikləri digər xidmətləri haqqında ətraflı məlumat verdi. Rahib bəyin təqdimatı həm də partnyorlarımıza...Ətraflı
Bugün partnyorlarımızla birlikdə baş tutan növbəti ofis ziyarətimizin ünvanı “Business Service Centre” şirkəti olub. Şirkətin təsisçisi İkram Mütəllimov partnyorlarımızı çay süfrəsi ətrafına dəvət edərək şirkətin quruluşundan bu yana yaşadıqları çətinlikləri, uğurları ilə yanaşı təcrübələrini də bizimlə bölüşdü. Daha sonra şirkətin marketing rəhbəri Zaur Mütəllimov bizi şirkətin hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə tanış...Ətraflı
“Ofis ziyarəti” görüşü çərçivəsində bugün partnyorlarımızla birlikdə “Techmaster” şirkətinin qonağı olduq. Görüşdə partnyorlar arasında yeni tanışlıqlar oldu və şirkət rəhbərləri öz biznesləri haqqında məlumat verdilər. Daha sonra “Techmaster” şirkətinin rəhbəri Ceyhun Rəsulov xidmətləri haqqında ətraflı məlumat verdi. Bununla yanaşı Ceyhun bəyin rəhbərliyi ilə istehsalat bölməsini ziyarət edərək şirkətin fəaliyyət istiqamətlərinə daxil olan yaşıl hasarların istehsal...Ətraflı
Bugün partnyorlarımızın iştirakı ilə “Azplasttech” şirkətinin ofisində bir araya gəldik. Şirkətin rəhbəri Əfsun Orucov bizləri çay süfrəsi ətrafında qonaq edərək müştərilərin ehtiyaclarına və tələblərinə uyğun şəkildə hazırlanan qablaşdırma məhsulları haqqında partnyorlarımızı məlumatlandırdı. Bununla yanaşı partnyorlarımızla birgə müəssisənin istehsalat bölməsində qablaşdırma məhsullarının hazırlandığı müasir avadanlıqlarla tanış olduq. Sənaye streç filmləri, PVC qida streçləri, supermarket çantaları, havalı...Ətraflı
Bugünkü ofis ziyarətimiz partnyorlarımızla birlikdə “Tatoğlu-Az Beton Konstruksiya” şirkətində baş tutdu. Şirkətin rəhbəri Ayaz Abdulhəmidov partnyorlarımızı çay süfrəsi ətrafına dəvət edərək şirkətin xidmətləri və gördükləri işlər haqqında partnyorları məlumatlandırdı. Daha sonra partnyorlar bir-birilərilə biznes sahələri haqqında fikir mübadiləsi apardılar. Görüşün sonunda Ayaz bəyin rəhbərliyi ilə partnyorlarımızla birlikdə tikinti sahəsini ziyarət edərək su-kanalizasiya beton borularının, kanalizasiya...Ətraflı
Bugünkü ofis ziyarətimiz, sponsorumuz “ERZ Ofis Mebeli” şirkətində baş tutub. Şirkətin rəhbəri Zaur Hüseynov , Elçin Rüstəmov və Rəşad Babayev partnyorlarımızı qarşılayaraq çay süfrəsi ətrafında qonaq edib. Səmimi mühitdə bir araya gələn partnyorlarımız bir-birilərilə yaxından tanış olub və Elçin bəyin şirkətin fəaliyyətləri və məhsulları haqqında verdiyi məlumatları dinləyiblər. Daha sonra partnyorlarımızla birlikdə şourumu ziyarət etdik...Ətraflı