Ofis Ziyarəti “Techmaster” – 18.07.2023

“Ofis ziyarəti” görüşü çərçivəsində bugün partnyorlarımızla birlikdə “Techmaster” şirkətinin qonağı olduq. Görüşdə partnyorlar arasında yeni tanışlıqlar oldu və şirkət rəhbərləri öz biznesləri haqqında məlumat verdilər. Daha sonra “Techmaster” şirkətinin rəhbəri Ceyhun Rəsulov xidmətləri haqqında ətraflı məlumat verdi. Bununla yanaşı Ceyhun bəyin rəhbərliyi ilə istehsalat bölməsini ziyarət edərək şirkətin fəaliyyət istiqamətlərinə daxil olan yaşıl hasarların istehsal prosesi ilə yaxından tanış olduq.

Qeyd edək ki, “Techmaster” 2016-cı ildən müxtəlif növ yerüstü və yeraltı kabel kommunikasiya işlərini həyata keçirməklə yanaşı 2020-ci ildə dekorativ yaşıl hasarların istehsalına da başlamışdır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Perila.az
Best Bearings Company MMC
Moon Group
Global Logistics
Baku Stone Factory
Arter
Sofistico
Techmaster