Marsol Group 2017-ci ildən fəaliyyət göstərir. Şirkətimizin əsas fəaliyyət sahəsi Sahibkarlğın daha da inkişaf etməsi üçün B2B görüşlər; “Business Breakfast”-lər, “Ofis və istehsalat ziyarətləri”, sosial fəaliyyətlər, “Partners & Business Night”-lar, dövlət qurumları ilə görüşlər, təlimlər, rayon və xarici turlar, konfrans və sərgilər və s. bu tipli tədbirlərin təşkilidir.
1 illik əməkdaşlığımız müddətində partnyorumuz olan şirkətlərə mütəmadi olaraq B2B görüşlər təşkil edir, fərqli sektorlar üzrə partnyorumuz olan şirkətləri tanış edir və bir-biriləri ilə iş əlaqələrinin qurulmasında köməklik edirik. Şirkətimiz KOBİA, ASK, DMA, ADRA, SİF və İCMA ilə yaxından əməkdaşlıq edir, Birgə Sağlam İctimai Birliyi isə sosial tərəfdaşımızdır.
Şirkətimiz tərəfindən, Sahibkarların iştirakı ilə hər il konfrans və sərgi təşkil edirik. Tədbirin keçirilməsində əsas məqsədimiz Azərbaycandakı sahibkarlar arasında iş birliyinin artması, işgüzar əlaqələrin genişlənməsidir.
Ümid edirik ki, Azərbaycan iqtisadiyyatının ayrı-ayrı istehsal və xidmət sektorunda fəaliyyət göstərən daha çox sahibkarı bir araya gətirməklə inkişafa doğru daha da ciddi addımlar atacağıq. Şirkətimizin inkişafı ölkədəki sahibkarlıq subyektIərinin inkişafından biləvasitə asılıdır. Bunun fərqindəyik. Fəaliyyətimizi də bu məqsəd üzərində icra edirik.