Ofis Ziyarətləri

Ofis Ziyarəti “Omnitech” – 02.05.2023

Bu gün partnyorlarımızın iştirakı ilə “Omnitech” şirkətində qonaq olduq. Şirkətin rəhbəri İlqar Ələkbərov çay süfrəsi ətrafında partnyorlarımızı qonaq etdi. Daha sonra İlqar bəy partnyorlarımıza şirkətin biznes modeli, texnoloji yeniliklər və müştəri xidmətləri haqqında məlumat verdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız arasında tanışlıqlar oldu və öz biznesləri haqqında məlumat verdilər. Görüşdə sahibkarlar arasında əməkdaşlıq və tərəfdaşlıq...
Ətraflı

Ofis Ziyarəti – Delta Tech

Bugün partnyorlarımızla birlikdə Delta Tech şirkətinin ofisinə ziyarətimiz baş tutmuşdur. Partnyorumuz “Delta Tech” MMC 2004-cü ildən çap avadanlıqları (printer və surətçıxarma aparatları) üçün ehtiyat hissələri və sərfiyyat mallarının (kartriclər) topdan və pərakəndə satışı, həmçinin dolum, bərpa və təmiri ilə məşğuldur. Partnyorlarımız da görüş zamanı Delta Tech-in məhsulları və xidmətləri ilə daha yaxından tanış oldular. Başda Delta...
Ətraflı

AEM Elektron – Ofis ziyarəti

Növbəti ofis ziyarətimiz AEM Elektron şirkətinə oldu. Partnyorlarımızla birlikdə AEM Elektron şirkətinin məhsulları və fəaliyyəti ilə yaxından tanış olduq.
Ətraflı

Promoline – Ofis ziyarəti

22 sentyabr tarixində sahibkarlarla birgə, partnyorumuz olan Promoline şirkətinin ofisini ziyarət etdik. Şirkət rəhbərliyi bizi məhsulları və xidmətləri ilə tanış etdi və MARSOL partnyoru olan sahibkarlara endirimlər barədə məlumat verildi.
Ətraflı

Bakı Tələbat Qabları – Ofis və istehsalat ziyarəti

18 sentyabr tarixində partnyorlarımızla birgə “Bakı Tələbat Qabları” şirkətini ziyarət etdik. Şirkət rəhbərliyi bizi istehsalatla yaxından tanış etdi və şirkət haqqında ətraflı məlumat verdi. Sonda isə çay süfrəsinə qonaq olduq. Dəvətinə görə şirkət rəhbərliyinə və iştirak edən partnyorlarımıza təşəkkür edir, işlərində uğurlar arzu edirik. Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə...
Ətraflı

Tuna – Ofis ziyarəti

16 sentyabr tarixində partnyorumuz Tuna mətbəəsini ziyarət etdik. Partnyorlarımızla birgə mətbəənin istehsalatı ilə yaxından tanış olduq. Tuna mətbəəsinin rəhbəri Rəşid bəy bizə işləri haqqında ətraflı məlumat verdi.
Ətraflı

Ofis ziyarəti – Vəlioğlu 2018

14 sentyabr tarixində partnyorumuz “Vəlioğlu 2018” şirkətinin ofisini ziyarət etdik. Şirkətin rəhbəri Zaur bəy, bizə fəaliyyətləri və məhsulları haqqında ətraflı məlumat verdi. Daha sonra “Vəlioğlu 2018” şirkəti üçün hazırlanmış ipək tərkibli foto xalçanı şirkətin rəhbəri Zaur bəyə təqdim etdik. Sonda isə, Zaur bəy partyorlarımız üçün hazırlanmış hədiyyələri təqdim etdi. Görüşdə iştirak edən hər kəsə təşəkkür...
Ətraflı

Ofis Ziyarəti – XEROPC

Bu gün partnyorlarımızla birlikdə, XEROPC şirkətinin ofisində qonaq olduq. Şirkətin rəhbəri İlqar bəy bizə fəaliyyətləri və satdıqları məshullar haqqında ətraflı məlumat verdi.
Ətraflı

Ofis Ziyarəti – Ştutqart Mağazalar Şəbəkəsi 09.09.2020

9 sentyabr tarixind əsahibkarlarla birgə, partnyorumuz olan Ştutqart Mağazalar Şəbəkəsinin ofisini ziyarət etdik. Şirkətin məhsulları və xidmətləri ilə tanış olduq və MARSOL partnyoru olan sahibkarlara endirimlər barədə məlumat verildi.
Ətraflı