31 avqust tarixində partnyorlarımızla birgə Modern Hospitalı ziyarət etdik. Hospitalın rəhbəri Ravil bəyə bizi qonaq etdiyi və hospitalın fəaliyyəti haqqında ətraflı məlumat verdiyi üçün təşəkkür edirik.

Müasir tibbi avadanlıqlarla təchiz olunmuş Modern Hospitalda yüksək ixtisaslı həkimlərin tətbiq etdikləri müalicə üsulları ilə, hər il on minlərlə pasient öz sağlamlığına qovuşur.
Klinikada:

  • Piylənmədən əziyyət çəkənlər üçün Sağlam Arıqlama Mərkəzi
  • Sırf qadın həkimlərdən ibarət Qadın Proktoloji Mərkəzi,
  • Şəkər xəstələri üçün Diabetik Ayaq Mərkəzi,
  • Ortopediya və Travmatologiya Mərkəzi,
  • Kosmetologiya, Dermatalogiya və Plastik cərrahiyyə şöbələrininn daxil olduğu Gözəllik Mərkəzi,
  • Qarın boşluğundaki hər növ əməliyyatların icra olunduğu Ümumi Cərrahiyyə Mərkəzi,
  • Kök hüceyrə tətbiqi ilə müalicələrin aparıldığı Kök Hüceyrə Mərkəzi
    fəaliyyət göstərir.
    Əlavə olaraq,
    Urologiya, Kardiologiya, Pediatriya, Fizioterapiya, Otorinolorinqologiya, Oftalmologiya və digər şöbələrlə yanaşı, 24 saat boyunca fəaliyyət göstərən laboratoriya, paytaxtda və regionlarda xidmət göstərməyə tam hazır Təcili Tibbi Yardım şöbəmiz ilə hər zaman xidmətinizdəyik!
    MODERN HOSPİTAL – Həyatınıza dəyər verərək!

Görüş iştirakçıları:

Velioğlu 2018

Modern Hospital

Greeen Wood

Set Medical

Lignum Logistic