Ofis Ziyarəti “Omnitech” – 02.05.2023

Bu gün partnyorlarımızın iştirakı ilə “Omnitech” şirkətində qonaq olduq. Şirkətin rəhbəri İlqar Ələkbərov çay süfrəsi ətrafında partnyorlarımızı qonaq etdi. Daha sonra İlqar bəy partnyorlarımıza şirkətin biznes modeli, texnoloji yeniliklər və müştəri xidmətləri haqqında məlumat verdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız arasında tanışlıqlar oldu və öz biznesləri haqqında məlumat verdilər. Görüşdə sahibkarlar arasında əməkdaşlıq və tərəfdaşlıq mövzuları da müzakirə edilib.

Omnitech şirkəti pərakəndə satış, bank, maliyyə, “Fintek” və “HoReCa” kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatının tətbiqi istiqamətində fəaliyyət göstərən innovativ şirkətdir. AR Dövlət Vergilər Xidməti tərəfindən 2019-cu ildən etibarən Omnitech şirkəti “E-Kassa Operatoru” statusu almışdır.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Məsləhətçi.az
Atmosfer
Prow
Buromax
Monyo
Çoban.az
Jet Cinema
Mobil Broker
Saat Store