Ofis Ziyarəti “AEM ELEKTRON” – 03.05.2023

Ofis Ziyarətlərimiz davam edir. 3 may tarixində baş tutan ofis ziyarətimizin ünvanı AEM Elektron şirkəti olub. Görüş zamanı AEM Elektron şirkətinin ofisində çay süfrəsi ətrafında partnyorlarımızla əməkdaşlıq mövzusunda müzakirələr aparıldı. Şirkətin rəhbəri Mirzə Cahangirov öz fəaliyyətləri haqqında məlumat verərək partnyorları məlumatlandırdı. Sonra şirkət sahibləri öz biznesləri haqqında bir-biriləri ilə fikir mübadiləsi apardılar.

Daha sonra Mirzə bəy bizi şourumda qonaq etdi, mağazanı gəzdik və məhsullarla əyani şəkildə tanış olduq. Bununla yekunlaşmayan görüş AEM Elektron şirkətinin 2-ci filialında davam etdi. Görüşün sonunda şirkət tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olundu.

AEM Elektron dünyanın məşhur şirkətlərinin istehsalı olan videonəzarət və təhlükəsizlik sistemlərinin, şəbəkə avadanlıqlarının, kompüter aksesuarlarının və digər IT məhsullarının topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış geniş profilli distribüter şirkətidir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

AEM ELEKTRON
Əmlak.az
İmzalı İnşaat
Socar Petroleum
Vien Group
Net Elektrik
Mart Group
Silo Construction
Al Group
Aila’s Group
Abşeron Logistika