Ofis Ziyarəti – Ştutqart Mağazalar Şəbəkəsi 09.09.2020

9 sentyabr tarixində sahibkarlarla birgə, partnyorumuz olan Ştutqart Mağazalar Şəbəkəsinin ofisini ziyarət etdik. Şirkətin məhsulları və xidmətləri ilə tanış olduq və MARSOL partnyoru olan sahibkarlara endirimlər barədə məlumat verildi. Bizi qonaq etdiyi üçün şirkət rəhbərliyinə və görüşdə iştirak edən partnyorlarımıza təşəkkür edirik.

2004-cü ildə əsası qoyulan “Ştutqart” müxtəlif növ avto ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirməklə məşğuldur. “Ştutqart” yarandığı ildən Azərbaycan bazarında orijinal keyfiyyətli ehtiyat hissələrinin satışını təşkil etməkdədir. Şirkət Avropa və Asiyanın qabaqcıl ölkələrindən avto ehtiyat hissələrini ölkəmizə gətirməklə yanaşı həm də bir sıra nəhəng şirkətlərin rəsmi distribütoruna çevrilmişdir.