Ofis Zİyarəti “Business Service Centre” – 18.07.2023

Bugün partnyorlarımızla birlikdə baş tutan növbəti ofis ziyarətimizin ünvanı “Business Service Centre” şirkəti olub. Şirkətin təsisçisi İkram Mütəllimov partnyorlarımızı çay süfrəsi ətrafına dəvət edərək şirkətin quruluşundan bu yana yaşadıqları çətinlikləri, uğurları ilə yanaşı təcrübələrini də bizimlə bölüşdü. Daha sonra şirkətin marketing rəhbəri Zaur Mütəllimov bizi şirkətin hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə tanış etdi. Partnyorlarımız şirkətin təklif etdiyi xidmətlərin keyfiyyəti haqqında müsbət fikirlərini bildirdilər.

Nərəzinizə çatdıraq ki, “BSC” MMC Azərbaycanda yaranan ilk konsaltinq şirkətidir. Biznesə malik, yaxud biznes qurmağa addım atan müştərilərə hüquq, maliyyə və mühasibatlıq, insan resurslarının idarə edilməsi və kadr sənədləşməsi sahələrində xidmətlər göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Envix Print
NET Elektrik
Omnitech
Evim Construction
Amazon Travel
Bestline Group
Bayraktar Holding
Destec Group
RİF Ofis Mebeli
İnmotion Trading