Bio garden agroeko turizm məkanı 8 hektar ərazini özündə əhatə edir. Erazidə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən gətirilmiş meyvə çeşidləri, giləmeyvəler ve balıqlarla yanaşı dekorativ müxtəlif quşlarida görmək mümkündür. Eraziye daxil olmaq ödənişlidir. 3 saat istirahət üçün yerli vətəndaşlar 5 azn, xarici vətəndaşlar 10 azn, 5 yaşa qədər uşaqlardan ödəniş alınmir. Erazidə azerbaycanda mövcud olan bütün növ meyvələr, tərəvəz o cümlədən, zəfəran, bal, balıq ve çoxlu sayda quş növlərini görmək mümkündür.Qonaqlarımıza kafe və restoran xidməti ilə yanaşı təsərrüfatda hazırlanmış çoxlu çeşidli hazır məhsullar satışa verilir. 3 saatlıq istirahət müddətində qonaqlar ərazidə gördükləri meyvələrin dadına baxa bilərlər. O cümlədən satış qiymətine uyğun olaraq özləri də meyvələrdən yığa bilərlər.
Ünvan: Şəki rayonu Öyrət kəndi (Şəki 104 kv yanı)
Mobil: +994503647400 ; +994502649990
E-mail: [email protected]
Facebook: biogarden.az
İnstagram: biogarden.az