Ofis Ziyarəti “SR Group Company” – 19.07.2023

Bugün partnyorumuz “SR Group Company” şirkətinin ofisini ziyarət etdik. Partnyorlarımız yeni tanışlıqlar qurmaq və şirkətin fəaliyyətləri ilə yaxından tanış olmaq məqsədi ilə bir araya gəldilər. Şirkətin rəhbəri Rahib Hüseynli bizi çay süfrəsinə dəvət etdi və gömrük bəyannamələrinin doldurulması, mal-müşayiət sənədlərinin tərtibi və göstərdikləri digər xidmətləri haqqında ətraflı məlumat verdi. Rahib bəyin təqdimatı həm də partnyorlarımıza şirkətin xidmətlərinin müxtəlif yönlərini araşdırmaq və tərəfdaşlıq üçün potensial imkanlar yaratmaq imkanı verdi.

Nəzərinizə çatdıraq ki, “SR Group Company” mal nümunələrinin gömrük ekspertizasına təqdim edilməsi, yük broker(yükaşırma), mal-müşayiət sənədlərinin tərtibi, gömrük bəyannamələrinin doldurulması xidmətlərini özündə cəmləşdirir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Caspian Klima Trading
Euroglass
Kovrolin.az
S-Enna
Jetcinema
Sabiroğlu
Facet
FİORE-F