Ofis Ziyarəti “OfficePro” – 19.07.2023

Bu dəfəki “Ofis Ziyarəti”miz partnyorlarımızla birlikdə “OfficePro” şirkətində baş tutdu. Partnyorlar arasında yeni tanışlıqlar və müzakirələr oldu. Həmçinin, “OfficePro” şirkətinin rəhbəri Fizuli Məmmədov partnyorlarımıza ofislərin təchizatı üçün göstərdikləri xidmətlər haqqında məlumat verdi. Daha sonra şirkətin şourumunu gəzərək ofis ləvazimatları və digər məhsullarla əyani şəkildə tanış olduq. Fizuli bəy bizə məhsulları haqqında ətraflı məlumat verdi.

“OfficePro” şirkəti ofislərin gündəlik təchizatı üçün zəruri olan ləvazimatların, qida, içki, tikinti materialları, mebel və təsərrüfat mallarının satışını həyata keçirir. 2019-cu ildən bəri fəaliyyət göstərən “OfficePro” bir çox tanınmış marka və brendlə rəsmi əməkdaşlıq edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Hikmətoğlu
Aila’s Group
Socar
İcon Pərdə Dizayn
Ordubad Bazar
Unity Technologies
Outsite
Catering Baku