“Fortis-İ” MMC “Bonum Medical”

“Fortis-İ” MMC-yə məxsus Bonum Medical klinikası 2020-ci ildən İqtisadiyyat Nazirliyinin lisenziyası əsasında özəl tibb fəaliyyəti göstərir və klinikamız Şəki-Zaqatala bölgəsinin iqtisadi, eyni zamanda coğrafi mərkəzi olan Şəki şəhərində yerləşir. Klinikada göstərilən tibbi xidmətlərin keyfiyyətli və daha əlçatan olması,eyni zamanda  pasiyentlərin məmnuniyyəti üçün maksimum şərait yaradılmışdır. Radiologiya, oftalmologiya, qastroenterologiya, laboratoriya bölümlərində müasir diaqnostik cihazlar quraşdırılmış, cərrahiyə bölümü ambulator əməliyyatların keçirilməsi üçün lazım olan tibbi təchizatla tam təmin olunmuşdur.

Klinika fəaliyyəti müddətində peşəkar tibb heyəti formalaşdırmış, yeni-yeni müayinə və müalicə üsulları tətbiq etmşdir. İstər radiologiya, istər oftalmologiya, eyni zamanda digər sahələr üzrə aparılan çoxçeşidli diaqnostik müayinələr və ambulator əməliyyatlarla bölgə əhalisinə xidmət göstərir.

Ünvan: Şəki şəhəri, Zərifə Əliyeva küçəsi 90

Telefon: +994 24-244-92-88

Mobil: 50-663-00-88 ; 70-661-00-88

E-mail: [email protected]

Facebook: Bonum Medical

İnstagram: bonum_medical