Day

İyul 18, 2023
Bugün partnyorlarımızla birlikdə baş tutan növbəti ofis ziyarətimizin ünvanı “Business Service Centre” şirkəti olub. Şirkətin təsisçisi İkram Mütəllimov partnyorlarımızı çay süfrəsi ətrafına dəvət edərək şirkətin quruluşundan bu yana yaşadıqları çətinlikləri, uğurları ilə yanaşı təcrübələrini də bizimlə bölüşdü. Daha sonra şirkətin marketing rəhbəri Zaur Mütəllimov bizi şirkətin hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə tanış...
Ətraflı
“Ofis ziyarəti” görüşü çərçivəsində bugün partnyorlarımızla birlikdə “Techmaster” şirkətinin qonağı olduq. Görüşdə partnyorlar arasında yeni tanışlıqlar oldu və şirkət rəhbərləri öz biznesləri haqqında məlumat verdilər. Daha sonra “Techmaster” şirkətinin rəhbəri Ceyhun Rəsulov xidmətləri haqqında ətraflı məlumat verdi. Bununla yanaşı Ceyhun bəyin rəhbərliyi ilə istehsalat bölməsini ziyarət edərək şirkətin fəaliyyət istiqamətlərinə daxil olan yaşıl hasarların istehsal...
Ətraflı
Bugün partnyorlarımızla birlikdə “La Marea” restoranında Business Breakfast görüşümüz baş tutdu. Görüşdə iştirak edən partnyorlarımız bir-biriləri ilə tanış oldular və öz fəaliyyətləri haqqında məlumat verdilər. Görüşün davamında “Daşınmaz Əmlak Bazarı”nın satış rəhbəri Kamran Bayramlı sahibkarlara fəaliyyətləri haqqında məlumat verərək şourum gəzintisinə dəvət etdi. Daha sonra “DƏB”in idarə heyətinin üzvü Şaban Əsədli bizi müəssisə ilə yaxından...
Ətraflı
BALKHOORMA şirkəti 2016-cı ilin yanvar ayından öz fəaliyyətinə başlayıb. Şirkətimiz Azərbaycanın gözəl şimal bölgəsi olan Balakəndə, dağlar qoynunda yerləşir və 150-ə yaxın mehriban və təcrübəli işçilərdən ibarət heyətə malikdir. Zavodumuz bütün lazımi avtomatlaşdırılmış avadanlıqlarla təchiz edilmişdir və yuyulma, soyulma, soyutma, qablaşdırma sexlərindən ibarət şəkildə müasir standartlara tam uyğunlaşdırılmışdır. Biz əsas xammal olan xurma meyvələrini Katexdə...
Ətraflı