Business Breakfast “La Marea” – 18.07.2023

Bugün partnyorlarımızla birlikdə “La Marea” restoranında Business Breakfast görüşümüz baş tutdu. Görüşdə iştirak edən partnyorlarımız bir-biriləri ilə tanış oldular və öz fəaliyyətləri haqqında məlumat verdilər. Görüşün davamında “Daşınmaz Əmlak Bazarı”nın satış rəhbəri Kamran Bayramlı sahibkarlara fəaliyyətləri haqqında məlumat verərək şourum gəzintisinə dəvət etdi. Daha sonra “DƏB”in idarə heyətinin üzvü Şaban Əsədli bizi müəssisə ilə yaxından tanış edərək xidmətləri və fəaliyyətləri haqqında məlumat verdi. DƏB – daşınmaz əmlak bazarı ilə bağlı sərgi-satış kompleksidir.

Daşınmaz əmlakın alqı-satqısı, kirayəsi və barteri, interyer və eksteryer dizayn xidməti təklif edən yerli və xarici daşınmaz əmlak şirkətlərinin xidmətlərini bir məkandan təqdim edir.

Onu da qeyd edək ki, hal-hazırda bir neçə partnyorumuz DƏB – daşınmaz əmlak bazarında öz xidmətlərini tədqim edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Bakcell
BHB
E.H.A Stone
Ecolife
Kovrolin.az
Proneo
Məsləhətçi.az
Vien Group
SAT Group
Sis Collection
Logitrans
Globus Travel
Kral Rent a Car
Pro Sport
Greenmed
BMY Caspian
Best Tech
ADRA
Luxary Estate
Green Energy Company
MG Motors
Qolat