Marsol Group partnyorları arasında 4-cü tennis çempionatı keçirilib.

Marsol Group və QOLAT Sport Services tərəfindən təşkil olunan bu tədbir iştirakçıların böyük marağına səbəb olub. 30-dan çox sahibkar həm rəqabəti, həm də əyləncəni birləşdirən turnirdə asudə vaxtlarını idman fəaliyyəti ilə keçirmək üçün yaranan imkandan faydalanıblar. Bununla yanaşı qəhvə və çay fasilələri zamanı bir araya gələn sahibkarlar bir-biriləri ilə öz biznesləri haqqında söhbət etmək imkanı da əldə ediblər.

Bütün rəqiblərini məğlub edərək turnirin birinciliyini “Blum” şirkətinin rəhbəri Eldəniz Abdullayev əldə edib. Turnirdə ikinci yerin sahibi “Hafele” şirkətinin rəhbəri Ceyhun Babayev, üçüncü yerin sahibi isə “Fenstar” şirkətinin rəhbəri Araz Xankişili olub.
Turnirin qalibləri kubok və sertifikatla mükafatlandırılıb.

Turnirdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Qeyd edək ki, çempionatın promo tərəfdaşı: “Moon Group Poliqrafiya & Promo” şirkəti olub.

İştirak edən şirkətlər:

İnmotion Trading
Express Services and Logistics
Kovrolin.az
Acıbadem
Katsan Group
VMR Tekstil
Azstetik Group
Qanun Mühasibatlıq
MVC Group
Akbaba Group
Brandex
Baku Stone Factory
Perila.az
Proneo
Mediazadə
Billur Hotel Amenities
Avtotemir.az
Helind
Marry Me
Blum
Hafele
Tayqa Tech
Lucky Office Support
All Plast
Stand Pro
MG Motors
Luxury Estate
Facet
Saloni Mebel
ERZ mebel
Logitrans
Adıgözəl and Tiak
TEK Group Krevetka
Fenstar
Amazon Travel
Dövlət Vergi Xidməti