“Gənc Sahibkar” qrupu Business Breakfast-da

“Gənc Sahibkar” qrupu şagirdlərinin Marsol Group partnyorları ilə Business Breakfast  & B2B görüşü baş tutub.

“Gənc Sahibkar” qrupu və Marsol Group partnyorları arasında keçirilən səhər yeməyi və biznes görüşü maraqlı müzakirələrlə yadda qaldı.

Əvvəlcə Marsol Karyera və İnkişaf Mərkəzi tərəfindən təşkil olunan “Gələcəyin Sahibkarları” layihəsi barədə geniş məlumat verildi.

Sonra Marsol Group partnyoru, təcrübəli sahibkarlar çıxış edərək öz uğurlu bizneslərindən danışdılar. Onlar gənc iştirakçılara bir çox faydalı məsləhətlər verdilər. “Gənc Sahibkar” qrupunun iştirakçıları da özlərini təqdim edərək layihədə iştirakın gələcək təhsil və iş həyatları üçün faydalı olacağını vurğuladılar və görüşlə bağlı təəssüratlarını bölüşdülər.

Bununla yanaşı avqust ayında Marsol Karyera və İnkişaf Mərkəzi və Shane Academy-nin birgə təşkilatçılığı ilə Portuqaliyanın paytaxtı Lisabon şəhərində baş tutacaq Biznes Kamp barədə məlumat verildi.

Görüşün sonunda iştirakçılar arasında səmimi münasibətlər yarandı.