“Femida dialoq platforması” mövzusunda sahibkarlarla görüş keçirilib

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın, müvafiq dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilən tədbirdə məhkəmə hüquq islahatları və yeni çağırışlar, biznes ictimaiyyətinin bu sahədə gözləntiləri barədə məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA olaraq biz də bu tədbirdə iştirak edərək biznes mübahisələrinin məhkəmə yolu ilə həlli, mediasiya və arbitraj kimi alternativ həll mexanizmləri ilə tanış olduq.