Ofis Ziyarəti “Express Services and Logistics” – 20.07.2023

Bugün partnyorumuz “Express Services and Logistics” şirkətinin ofisini ziyarət etdik. Partnyorlarımız yeni tanışlıqlar qurmaq və şirkətin fəaliyyətləri ilə yaxından tanış olmaq məqsədi ilə bir araya gəldilər. Şirkətin rəhbəri Anar Əsgərov bizi çay süfrəsinə dəvət edərək nəqliyyat, ixrac-idxal, həmçinin gömrük rəsmiləşdirilməsi xidmətləri haqqında partnyorlarımızı məlumatlandırdı. Anar bəyin təqdimatı həm də partnyorlarımıza şirkətin xidmətlərinin müxtəlif yönlərini araşdırmaq və tərəfdaşlıq üçün potensial imkanlar yaratmaq imkanı verdi.

Qeyd edək ki, “Express Services Logistics” – müstəqil nəqliyyat ekspedisiya şirkəti olaraq, tam həcmdə nəqliyyat, ixrac-idxal, həmçinin gömrük rəsmiləşdirilməsi xidmətlərini təklif edir. 2010-cu ildə Çinin Quancou şəhərində təsis olunan ofis cənub-şərqi asiya ölkələrindən (Çin, Cənubi Koreya, Tayvan, Hindistan, Dubai) mal ixrac edən bir yük-ekspeditor şirkəti olaraq işə başlamışdır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

İdeal Print
MVC Group
World Karyera və Peşə Mərkəzi
Naxish.az
Lunchef Catering
MR Group
Laser Service