Business Breakfast “Kitchen Plus” – 20.07.2023

Bu səhər partnyorların iştirakı ilə Business Breakfast görüşü çərçivəsində bir araya gəldik. Görüşdə partnyorlar arasında yeni tanışlıqlar olması ilə yanaşı şirkət rəhbərləri fəaliyyətləri və xidmətləri haqqında məlumat mübadiləsi aparmaq imkanı əldə etdilər. Səmimi mühitdə bir araya gələn partnyorların tədbirdə fəal iştirak etməsi netvörkinqin biznesdəki önəmini bir daha vurğuladı.

Sahibkarlar öz təcrübələri haqqında məlumat verdikdən sonra partnyorumuz “Unilegal Consulting” şirkətinin rəhbəri Süheylə Yusifli peşəkar hüquq, mühasibatlıq və kadr işinin təşkili üzrə xidmətləri haqqında təqdimat etdi. Təqdimat çərçivəsində şirkətin xidmətlərinə aid hazırlanmış video çarx izlənildi.

“Sahibkarlığın İnkişafı Fondu”nun İctimaiyyətlə Əlaqələr şöbəsindən Selcan Sərdarlı iştirak edərək fondun fəaliyyətləri haqqında danışdı və partnyorlarımızın suallarını cavablandırdı.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

As Avtomatika
BF Group
Dinçər və Carçıoğulları
Elar Park
Fire Universal Group
KYS
One Smart Star
Dəmirağac Engineering
Əmlak.az
Concept Catering
AzEstetik
Orand
Mah Decore
Dekoriza
Azelektrod
Smart Enerji
Superfon
Cleverest Academy
Unilegal
Unilegal
Sahibkarlığın İnkişafı Fondu
Təmiz.az