“Axşam Ziyafəti və B2B” görüş – 20.07.2023

20 iyul tarixində “Prive Steak Gallery” restoranında Marsol Group və “AAC” şirkətinin birgə təşkilatçılığı və təmir-tikinti şirkətlərinin iştirakı ilə sektorial görüş baş tutub. Təmir-tikinti sektorunda fəaliyyət göstərən Partnyorumuz olan şirkət rəhbərləri öz biznesləri haqqında ətraflı məlumat verərək bir-birilərilə yaxından tanış olublar. Görüşün davamında “AAC” şirkətinin baş direktoru Zahid Şahbazov partnyorlarımızı salamladıqdan sonra şirkətin kommersiya direktoru Bahadır Akan və satış direktoru Zaur Vəliyev partnyorlarımıza şirkətin istehsal prosesi, texnoloji avadanlıqları və məsaməli hörgü blokları haqqında ətraflı məlumat verdi. Daha sonra şirkətin fəaliyyətləri ilə bağlı hazırlanmış video çarx izlənildi.

Qeyd edək ki, “AAC” şirkəti yüksək keyfiyyətli tikinti materialı olan “gobustone” məsaməli hörgü bloklarının və müxtəlif çeşidli əhəng məhsulların istehsalı və satışı ilə məşğuldur.

İş dünyasındakı güclü əlaqələr gələcək biznes imkanları üçün böyük rol oynayır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Antik İnşaat
Garanti Group
Arch Project
Zərif İnterior
Storm Building
RF İnşaat
İmzalı İnşaat
Magro Construction
Silo Construction
Evsetra(Mibella)
Ağ Saray
Əhmədoğlu
Baykon İnşaat
Archico
Minor Business Group
R.İ.V Steel Construction
A.ASASH Construction
MT Construction
SM Construction
AAC Qobustone
AAC Qobustone
Marsol Group
Marsol Group
Marsol Group
Concrete Bureau