Category

Axşam Ziyafəti
15 mart tarixində “La Liga Lounge Center”də baş tutan “Axşam ziyafəti” və “Mafia” oyunu görüşündə Marsol Group partnyorlarını bir araya gətirdik. Partnyorlarımız həm əyləndi, həm də bir-birləri ilə olan mövcud əlaqələrini möhkəmləndirmə, yeni əlaqələr qurma imkanı əldə etdilər. Görüşdən fotoları sizlərlə bölüşürük. İştirak edən bütün partnyorlarımıza təşəkkür edir, fəaliyyətlərində uğurlar aruzlayırıq. İştirak edən şirkətlər:
Ətraflı
22 dekabr tarixində 2022-2023 Marsol sponsorlarının iştirakı ilə “Axşam ziyafəti” baş tutub. Milli Məclisin deputatı Vüqar İskəndərovun da qonaq olduğu görüşdə sponsorlarımız bir-birləri ilə yaxından tanış olub və fəaliyyətləri haqqında məlumat veriblər. Daha sonra Marsolun tədbir və fəaliyyətlərinə aid işgüzar müzakirələr aparılıb. İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq. İştirak edən şirkətlər: Unilegal...
Ətraflı
21 dekabr Marsol partnyorlarının iştirakı ilə “Kitchen Plus” restoranında “Araznet-ABV” şirkətilə birlikdə “Axşam ziyafəti və B2B” görüş təşkil etdik. Qonaqlarımızın da iştirak etdiyi görüşümüz şam yeməyi ilə başladı. Ardınca iştirak edən sahibkarlar şirkətləri haqqında məlumat verdilər.
Ətraflı
12 avqust Marsol partnyorlarının iştirakı ilə “El Piano Baku” restoranında “BHB Media” şirkətilə birlikdə “Axşam ziyafəti və B2B” görüş təşkil etdik. Yeni əməkdaşlıqlar üçün imkanlar yaradan netvörkinq məqsədli görüş tanışlıqla başladı. İştirak edən sahibkarlar şirkətləri haqqında məlumat verdilər. “BHB Media” şirkətinin rəhbəri Şaban bəy, şirkətin missiya və viziyonundan bəhs etdikdən sonra “ECD / Business Unit”...
Ətraflı
20 iyun tarixində "Baku Marriott Hotel Boulevard"da "Partners & Business" Baku 2022 yerli şirkətlərin tanıtım sərgisinin axşam ziyafəti və "Marsol MMC"nin 5 illiyi münasibətilə xüsusi tədbir keçirilmişdir.
Ətraflı
18 may xanım sahibkarların da iştirakı ilə “El Piano Baku” restoranında “AmbianceMed” şirkətilə birlikdə “Axşam ziyafəti və B2B” görüş təşkil etdik. Görüşdə Marsol partnyorları ilə yanaşı “AmbianceMed” şirkətinin tərəfdaş olduğu şirkətlər də iştirak edib.
Ətraflı
29 aprel xanım sahibkarların da iştirakı ilə “La Terrace” restoranında “Şərq Motors” şirkətilə birlikdə “Axşam ziyafəti və B2B” görüş təşkil etdik Axşam yeməyi masası ətrafında baş tutan görüşdə yeni tanışlıqlar, səmimi ünsiyyətlər və biznesə dair məsələlər müzakirə edilib, görüşdə iştirak edən şirkətlər biznesləri haqqında məlumat verib.
Ətraflı
27 aprel “La Terracce” restoranında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Reklam və nəşriyyat müəssisələri ilə iş” Komissiyasının üzvləri olan sahibkarlarla görüş baş tutub.
Ətraflı
26 aprel MARSOL partnyorlarının iştirakı ilə “DineHall” restoranında “Axşam ziyafəti və B2B” görüş təşkil etdik. Sahibkarlar arasında ənənəvi olaraq tanışlıqlar olub, yeniliklərdən bəhs edilib.
Ətraflı
20 aprel xanım sahibkarların da iştirakı ilə “Kolorit” restoranında “Caspian Energy Group” şirkətilə birlikdə “Axşam ziyafəti və B2B” görüş təşkil etdik. Axşam yeməyi masası ətrafında baş tutan görüşdə yeni tanışlıqlar, səmimi ünsiyyətlər və biznesə dair məsələlər müzakirə edilib, görüşdə iştirak edən şirkətlər biznesləri haqqında məlumat verib. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!...
Ətraflı
1 2 3 4