4 dekabr tarixində işgüzar Naxçıvan səfərimizin ikinci günü yerli sahibkarlarla axşam ziyafəti təşkil olundu. Görüş zamanı Naxçıvanda fəaliyyət göstərən biznes nümayəndələri ilə qarşılıqlı tanışlıq baş tutdu, Marsol Group-un fəaliyyəti və həyata keçirilən yeni layihələr barədə məlumat verildi.
Sahibkarlar arasında işgüzar müzakirələr aparılaraq əməkdaşlıq perspektivləri dəyərləndirildi, biznes təcrübələrinin paylaşılması üçün səmimi mühit formalaşdı.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı və Tənzimlənməsi şöbəsinin müdiri Aqibət Əliyev də iştirak edərək sahibkarlarla fikir mübadiləsi aparıb.

