4 dekabr Marsol Group-un işgüzar Naxçıvan səfərinin ikinci günü partnyorlar üçün tarixi və işgüzar istiqamətli proqramla davam edib.
“Əlincə Qalası”, “Heydər Məscidi” və “Nuh Türbəsi”nə ziyarət təşkil olunub.Tarixi abidələrə ekskursiya zamanı iştirakçılar Naxçıvanın qədim mədəni irsi və regionun turizm potensialı ilə yaxından tanış olublar.
Ekskursiya proqramı Naxçıvanın köklü tarixini əks etdirən abidələrin yerində incələnməsi, onların bərpa və qorunması istiqamətində görülən işlərin təqdimatı ilə müşayiət olunub.Günün davamında Marsol Group partnyoru “Sirab” istehsalat müəssisəsinə işgüzar ziyarət baş tutub.
Ziyarət zamanı mineral su istehsalı üzrə fəaliyyət, müəssisənin istehsal prosesi və regionun təbii resurslarından istifadə imkanları barədə məlumat verilib.
Marsol Group olaraq hesab edirik ki, belə səfərlər həm regional biznes mühitinin tanıdılması, həm də mədəni və iqtisadi potensialın biznes icmasına təqdim edilməsi baxımından mühüm rol oynayır.

