Ofis Ziyarəti “Azplasttech” – 13.07.2023

Bugün partnyorlarımızın iştirakı ilə “Azplasttech” şirkətinin ofisində bir araya gəldik. Şirkətin rəhbəri Əfsun Orucov bizləri çay süfrəsi ətrafında qonaq edərək müştərilərin ehtiyaclarına və tələblərinə uyğun şəkildə hazırlanan qablaşdırma məhsulları haqqında partnyorlarımızı məlumatlandırdı. Bununla yanaşı partnyorlarımızla birgə müəssisənin istehsalat bölməsində qablaşdırma məhsullarının hazırlandığı müasir avadanlıqlarla tanış olduq.

Sənaye streç filmləri, PVC qida streçləri, supermarket çantaları, havalı salafanlar və digər qablaşdırma materiallarının istehsalında ixtisaslaşmış “Azplasttech” şirkəti 2011-ci ildən bəri fəaliyyət göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Mibella
Euroglass Art
Azpark
Red Kimya
Dəmirağac Engineering
Şərq – Qərb ASC
Enerji – N
Azplasttech
Marsol