Ofis Ziyarəti “TATOĞLU-AZ Beton Konstruksiya” – 13.07.2023

Bugünkü ofis ziyarətimiz partnyorlarımızla birlikdə “Tatoğlu-Az Beton Konstruksiya” şirkətində baş tutdu. Şirkətin rəhbəri Ayaz Abdulhəmidov partnyorlarımızı çay süfrəsi ətrafına dəvət edərək şirkətin xidmətləri və gördükləri işlər haqqında partnyorları məlumatlandırdı. Daha sonra partnyorlar bir-birilərilə biznes sahələri haqqında fikir mübadiləsi apardılar.

Görüşün sonunda Ayaz bəyin rəhbərliyi ilə partnyorlarımızla birlikdə tikinti sahəsini ziyarət edərək su-kanalizasiya beton borularının, kanalizasiya quyularının istehsal prosesi ilə yaxından tanış olduq.

Qeyd edək ki, şirkətin fəaliyyətlərinə su-kanalizasiya beton borularının, kanalizasiya quyularının, yol ötürücülərinin, bordürlərin və digər beton konstruksiyaların istehsalı daxildir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Arenol Group
Storm Engineering
Almet Trading Baku
Best Bearings