Ofis Ziyarəti “ERZ Ofis Mebeli” – 11.07.2023

Bugünkü ofis ziyarətimiz, sponsorumuz “ERZ Ofis Mebeli” şirkətində baş tutub. Şirkətin rəhbəri Zaur Hüseynov , Elçin Rüstəmov və Rəşad Babayev partnyorlarımızı qarşılayaraq çay süfrəsi ətrafında qonaq edib. Səmimi mühitdə bir araya gələn partnyorlarımız bir-birilərilə yaxından tanış olub və Elçin bəyin şirkətin fəaliyyətləri və məhsulları haqqında verdiyi məlumatları dinləyiblər. Daha sonra partnyorlarımızla birlikdə şourumu ziyarət etdik və ofis kresloları, yumşaq mebellərlə yaxından tanış olduq.

Qeyd edək ki şirkətin əsas fəaliyyət istiqaməti ofis mebelləri, ofis kresloları, yumşaq mebel, özəl layihələr, təhsil və tədris mərkəzləri, dövlət və özəl müəssisələri üçün müxtəlif təyinatlı mebellərin sifarişini də həyata keçirməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərind uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

ArchiCO Academy
Prive Steak Gallery
Perila.az
Blum
İnmotion Trading
Orvita Psixoloji Reabilitasiya Mərkəzi
166 Yükdaşıma
Cleverest Academy
Sporta.az
Aqua Style
Estet
Caspian Klima Trading