Bugün “Marsol Business Club”da sahibkarların iştirakı ilə B2B görüşümüz baş tutdu. Görüşdə sahibkarlar bir-birilərilə tanış olub və biznesləri haqqında müzakirələr aparıblar. Daha sonra Marsol Group fəaliyyətləri və xidmətləri haqqında sahibkarlara məlumat verilib. Həmçinin tezliklə partnyorların istifadəsinə veriləcək “Marsol+” mobil tətbiqi haqqında təqdimat olunub və sahibkarların sualları cavablandırılıb.
Onu da qeyd edək ki, bu tətbiq vasitəsilə Marsol Group partnyorları daha səmərəli biznes əlaqələri qurma imkanı əldə edəcəklər.