Ofis Ziyarəti “Shane Academy” – 21.07.2023

Partnyor şirkətlərin bir-birilərinin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil ediyimiz növbəti ofis ziyarətimiz “Shane Academy” təhsil mərkəzində baş tutub. Partnyorlar bir-birilərilə biznes təcrübələrini bölüşərək yaxından tanış olublar. Daha sonra dünyanın çox sayda ölkəsində fəaliyyət göstərən “Shane Academy”ni Azərbaycanda da təsis edən Jalə Bəhramova mərkəzin fəaliyyətləri və dünya standartlarına cavab verən təlim-təhsil sistemi haqqında məlumat verib və partnyorlarımızın diqqətini çəkən mövzularda verdikləri sualları cavablandırıb. Daha sonra mərkəzin fəaliyyətləri və xidmətləri haqqında hazırlanmış video çarx izlənilib. Bununla yanaşı avqust ayında “Marsol Karyera və İnkişaf Mərkəzi” və “Shane Academy”nin birgə təşkilatçılığı ilə Portuqaliyanın paytaxtı Lisabon şəhərində baş tutacaq “Biznes Kamp” barədə məlumat verilib.

Qeyd edək ki, “Shane Academy” tələbələrin ingilis dili bilik və bacarıqlarını inkişaf etdirmək və onlara bu bacarıqlarından dərsdən kənarda güvənlə istifadə etmek imkanı yaratmaqla yanaşı, conversation və sınaq imtahanları keçirərək tələbələrinə öz biliklərini daha da möhkəmləndirməsinə şərait yaradır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Homeguide
Sarp Systems
VMR Tekstil
Şərq-Qərb
Flame Tour
FFF+N
Sis Collection
LaLiga Lounge Center