Ofis Ziyarəti “Birgə və Sağlam” İctimai Birliyi – 21.07.2023

Bugün partnyorlarımızın iştirakı ilə sosial tərəfdaşımız “Birgə və Sağlam” İctimai Birliyinin ofisini ziyarət etdik. “Birgə və Sağlam” İB-nin sədri Aytən Eynalova müəssisənin fəaliyyətləri haqqında partnyorları məlumatlandırmaqla yanaşı təşkil olunan dərs prosedurlarının gerçəkləşdiyi zal və otaqlarla əyani şəkildə tanış etdi. Partnyorlarımız bir-birilərilə həmsöhbət olaraq müəssisənin fəaliyyəti haqqında müzakirələr apardılar. Daha sonra autizm sendromlu uşaqların müəssisə daxilində xidmət göstərdiyi “Kashalata” kafesini ziyarət etdik. Eyni zamanda kafedə uşaqların xoş musiqili çıxışları partnyorlarımızı valeh etdi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Ex2door
Sarvagelli
Yusif NS
A Trading Azərbaycan
Arbitro
Techmaster