Category

Regional Tərəfdaşların İnkişafı
Marsol Region olaraq artıq ölkəmizin cənub zonasında fəaliyyətlərə başlayırıq. Sahibkarlarımızı paytaxt və ya region bölgələrinə ayırmadan çıxdığımız bu yolda Lənkəran-Astara bölgəsində də bir-neçə sahibkarla görüşüb Marsol Groupun fəaliyyətləri, networkingin faydaları, bu vaxta qədər qət etdiyimiz yol haqqında məlumatlar verdik. Məqsədimiz sahibkarlığın və sahibkarların daha da inkişaf etməsi, sosiallaşması və problemlərə birlikdə həll yolu tapmaqdır. Ən...
Ətraflı
“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində Marsol Region partnyorları ilə Qax rayonunun ərazisində yerləşən partnyorumuz “Göl kənarı” ailəvi istirahət zonasında B2B görüş çərçivəsində bir araya gəldik. Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) və Marsol Region tərəfindən region sahibkarları üçün “Satışın psixologiyası” mövzusunda maarifləndirici görüş baş tutub. Daha sonra Region partnyorları öz bizneslərindən və fəaliyyətlərindən danışaraq bir-birilərilə yaxından...
Ətraflı
“Biznes Tur” çərçivəsində növbəti səfərimiz Balakən şəhərində fəaliyyət göstərən “Balxurma” şirkətində baş tutdu. 2016-cı ildən fəaliyyət göstərən şirkət quru və yarım-quru meyvələrin istehsalı sahəsində öndə gedən, avtomatlaşdırılmış texniki avadanlıqlarla təchiz olunmuş, nəzdində yuyulma, soyulma, soyutma və qablaşdırma sexləri fəaliyyət göstərən müəssisədir. Marsol Region partnyorumuz olan “Balxurma” şirkətində ziyarətimiz şirkətin icraçı direktoru İsfəndiyar İsfəndiyarovun bizləri ofisinə...
Ətraflı
“Biznes turu”muzun sona çatmasına baxmayaraq fəaliyyətlərimizin paylaşımları davam edir. 20 may tarixində sahibkarlarımızla Qax-Balakən rayonlarına səfərimiz zamanı “arıçılar günü” münasibətilə partnyorumuz “Bal Kamal” bizi arıçılıq ərazisində qonaq etdi. Təbii şan balını daddıqdan sonra səfərimizə davam etdik. Növbəti dayanacağımız Qax rayonunun ərazisində yerləşən “Göl kənarı” ailəvi istirahət zonası oldu. Partnyorlarımızla birlikdə yeni fəaliyyətə başlamış məkanın ilk...
Ətraflı
Biznes tur çərçivəsində növbəti ziyarətimiz mebel istehsalı ilə məşğul olan “Xanevi Mebel”ə olub. Müəssisənin təsisçisi Rauf Hacıyev bizi çay süfrəsi ətrafında qonaq etdi və partnyorları maraqlandıran sualları cavablandırdı. Daha sonra Rauf bəyin rəhbərliyi ilə müxtəlif tipli mebellərin özəl sifariş ilə məşğul olan müəssisənin istehsalat sexi ilə tanış olub bu vaxta qədərki layihələri haqqında məlumat aldıq....
Ətraflı
“Biznes tur” çərçivəsində növbəti səfərimiz Şəki şəhərinə oldu. Şəkidə fəaliyyət göstərən və Marsol Region partnyoru olan “Karvan Restaurant” restoranının sahibi Polad Rəcəbov bizi naharda qonaq etdi və gözəl qonaqpərvərlik nümunəsi göstərdi. Partnyorlarımızla birlikdə restoranın yeni təmir olunmuş zal və kabinetləri ilə tanış olduq. Nahardan sonra sahibkarlarla birlikdə Regionun ən böyük tikinti materialı mağazalarından biri olan...
Ətraflı
18 may tarixində Marsol Group və Marsol Region tərəfindən təşkil edilən “Biznes tur” çərçivəsində işgüzar görüşlər keçirmək üçün rayonlara doğru yola düşdük. İlk işgüzar görüşümüz “İsmayıllı Resort Hotel”də baş tutdu. Görüşdə region və Bakıda fəaliyyət göstərən sahibkarlar iştirak edib. Görüşün davamında “İsmayıllı Resort Hotel”in rəhbəri Anar bəy hotel haqqında ətraflı məlumat verib. Daha sonra sahibkarlara...
Ətraflı
3 may tarixində “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində Marsol Region partnyoru olan sahibkarlarla birlikdə Şəki rayonunda fəaliyyət göstərən Makro İnşaat şirkətini ziyarət etdik. Şirkət tikinti materiallarının, çilçıraqların və həmçinin başqa dekorasiya məhsullarının satışı ilə məşğul olur. İlk öncə “Makro İnşaat” şirkətinin satış məntəqəsində çay süfrəsi ətrafında sahibkarlar arasında tanışlıq oldu. Daha sonra müəssisənin şourumunu gəzdik,...
Ətraflı
“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində növbəti görüşümüz 2016-cı ildən fəaliyyət göstərən və qida sektorunda əsas ixracatçı şirkətlərdən biri olan “Balkhoorma” MMC-ə oldu. Şirkətin direktoru İsfəndiyar İsfəndiyarov ilə çay süfrəsi ətrafında müəssisənin istehsal prosesi, ixrac hədəfləri və məhsulların keyfiyyətinin qorunub saxlanılması haqqında həmsöhbət olduq. Balkhoorma şirkəti Balakən rayonunda yerləşir və 150-ə yaxın işçi heytinə malikdir. Zavod...
Ətraflı
12 fevral tarixində “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində 40-a yaxın region sahibkarının iştirakı ilə Şəki şəhərində fəaliyyət göstərən “Karvan” restoranında layihənin ilk “Business Breakfast” görüşü baş tutdu. Əvvəlcə, şirkətimizin Regional layihələr üzrə kordinatoru Nəriman Cəfərli bugün davam edən və gələcək üçün nəzərdə tutulan fəaliyyətlər haqqında geniş məlumat verdi. İşgüzar münasibətlərin gücləndirilməsi, yeni əməkdaşlıqlara zəmin yaratması...
Ətraflı
1 2 3 4 5

This will close in 0 seconds