Biznes tur çərçivəsində növbəti ziyarətimiz mebel istehsalı ilə məşğul olan “Xanevi Mebel”ə olub. Müəssisənin təsisçisi Rauf Hacıyev bizi çay süfrəsi ətrafında qonaq etdi və partnyorları maraqlandıran sualları cavablandırdı. Daha sonra Rauf bəyin rəhbərliyi ilə müxtəlif tipli mebellərin özəl sifariş ilə məşğul olan müəssisənin istehsalat sexi ilə tanış olub bu vaxta qədərki layihələri haqqında məlumat aldıq. Sahibkarlar innovativ istehsal texnikaları və mebel sənayesində biznes qurmaq imkanları haqqında daha çox məlumat əldə etdilər.

Görüşdən sonra növbəti ziyarətimiz partnyorumuz “İmdadoğulları” şəbəkəsinin mağazası olan “Makro İnşaat” şirkətində baş tutdu. Müəssisənin rəhbəri İlqar Abdullayev bizi qarşılayaraq şouruma dəvət etdi. Partnyorlarımız şirkətin məhsulları ilə yaxından tanış oldular və bir birilərilə fikir mübadiləsi apardılar. “Makro İnşaat”a səfər sahibkarlara tikinti materialları, çilçıraqlar və digər bəzək məhsulları sektoru haqqında daha çox məlumat əldə etməyə və sektordakı trendləri izləməyə vasitəçi oldu.