Biznes Tur – Şəki – 19.05.2023

Biznes turumuz davam edir!
19 may tarixində “Biznes turun” növbəti günündə günə Marsol Region partnyoru olan “Bio Garden” aqro ekoturizm sahəsində səhər yeməyi ilə başladıq. Şirkətin təsisçisi və direktoru Etibar Nuriyev bizlərə gələcək planları haqqında məlumat verdi və sahibkarlarla tanış oldu. Şəki şəhərində yerləşən “Bio Garden” ölkədə regional turizmdə mühüm yer tutan aqro ekoturizm sahəsində fəaliyyət göstərən şirkətdir. Yerli iqtisadiyyata töhfə verən və rayonun təbii gözəlliklərini qoruyan bu sahə işgüzar tərəfdaşlarımızın diqqətini çəkdi.

Səhər yeməyindən sonra Etibar bəyin rəhbərliyi ilə sahənin bağlar, istixana və heyvandarlıq təsərrüfatları kimi müxtəlif hissələrinə baş çəkdik və “Bio garden”in təbiətə uyğun kənd təsərrüfatı və ekoloji turizm anlayışını yaxından müşahidə etmək fürsəti əldə etdik.

Daha sonra Şəkinin Orta Zəyzid kəndində fəaliyyət göstərən Marsol Region partnyoru “Green Factory” MMC-nin quru meyvə istehsalı sahəsinə doğru yola çıxdıq. Tərəfdaşlarımız üçün çox maraqlı ziyarət nöqtəsi oldu. Məkanın icraçı direktoru Mürsəl Rüstəmov tərəfdaşlarımızı biznesin gələcək planları haqqında məlumatlandırdı və onları maraqlandıran suallara cavab verdi.

Daha sonra Mürsəl bəyin rəhbərliyi ilə müəssisənin ərazisini gəzdik. Müəssisənin istehsal prossesinin hər bir addımını müşahidə etmək imkanımız oldu. Tərəfdaşlarımız innovativ istehsal üsulları, ekoloji davamlılıq anlayışı və müəssisənin gələcək planları haqqında məlumat əldə etmək imkanından çox məmnun qaldılar. Müəssisənin istehsal etdiyi yüksək keyfiyyətli quru meyvələrə yerli istehlakçılar, əsasən də beynəlxalq bazarlar üçün tələbat var.