“Biznes tur” çərçivəsində növbəti səfərimiz Şəki şəhərinə oldu. Şəkidə fəaliyyət göstərən və Marsol Region partnyoru olan “Karvan Restaurant” restoranının sahibi Polad Rəcəbov bizi naharda qonaq etdi və gözəl qonaqpərvərlik nümunəsi göstərdi. Partnyorlarımızla birlikdə restoranın yeni təmir olunmuş zal və kabinetləri ilə tanış olduq. Nahardan sonra sahibkarlarla birlikdə Regionun ən böyük tikinti materialı mağazalarından biri olan Marsol Region partnyoru “EVQUR İnşaat”a baş çəkdik. Mağazanın rəhbəri Murad Behbudov bizi tikinti materialları, ev bəzəkləri və məişət əşyaları kimi geniş çeşiddə məhsullarla yaxından tanış etdi. Şourumda gəzinti zamanı sahibkarlar müəssisənin məhsulları haqqında məlumat əldə edərək müzakirələr apardılar.