“Biznes turu”muzun sona çatmasına baxmayaraq fəaliyyətlərimizin paylaşımları davam edir.

20 may tarixində sahibkarlarımızla Qax-Balakən rayonlarına səfərimiz zamanı “arıçılar günü” münasibətilə partnyorumuz “Bal Kamal” bizi arıçılıq ərazisində qonaq etdi. Təbii şan balını daddıqdan sonra səfərimizə davam etdik.

Növbəti dayanacağımız Qax rayonunun ərazisində yerləşən “Göl kənarı” ailəvi istirahət zonası oldu. Partnyorlarımızla birlikdə yeni fəaliyyətə başlamış məkanın ilk qonaqlarından biri olduq. Məkanın rəhbəri Yusif Tarverdiyev bizi məkanın fəaliyyəti ilə tanış etdi.

Partnyorlarımız səfərdən məmnun qalaraq, regionun inkişafı və sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan razılıqlarını ifadə ediblər.