Regional Tərəfdaşların İnkişafı “Bio Garden” -05.01.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində ölkəmizin və Şəki şəhərinin turizm sektorunda önəmli yer tutan “Bio Garden” aqroturizm sahəsini ziyarət etdik. Görüşdə Marsol əməkdaşları ilə birlikdə Şəki KOB dostu Elbrus İskəndərov da iştirak etdi. Təsərrüfatın və layihənin rəhbəri Etibar Nuriyev ilə turizm sahəsindəki gələcək planlar və dövlət dəstək mexanizmləri haqqında müzakirələr aparıldı. Xoş münasibət və qarşılama üçün Etibar bəyə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq. BioGarden aqroturizm məkanı 8 hektarlıq ərazini əhatə edir. Ərazidə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən gətirilmiş müxtəlif növ meyvə və giləmeyvə ağacları mövcuddur. Həmçinin sahədə müxtəlif növ balıqlar və quşlar da görmək mümkündür.