Regional Tərəfdaşların İnkişafı “Shaki Tobacco” -05.01.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində Şəki şəhərində tütün qurutma məntəqəsi kimi fəaliyyət göstərən “Shaki Tobacco” MMC-ni ziyarət etdik. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Şəki KOB dostu Elbrus İskəndərov iştirak edib. “Shaki Tobacco”nun direktoru Azər Yusifovla çay süfrəsi ətrafında məntəqənin daha geniş məqsədlər (meyvə qurutması) üçün istifadəsi müzakirə olundu və qarşılıqlı danışıqlar aparıldı. KOBİA və Marsolun sahibkarlığın inkişafı üçün göstərdikləri birgə fəaliyyətlər haqqında məlumat verildi. “Shaki Tobacco” 20 qurutma kamerasına sahib, illik 205 ton quru tütün istehsal edən tütün qurutma məntəqəsidir.