Regional Tərəfdaşların İnkişafı “Balkhoorma” -10.02.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində növbəti görüşümüz 2016-cı ildən fəaliyyət göstərən və qida sektorunda əsas ixracatçı şirkətlərdən biri olan “Balkhoorma” MMC-ə oldu. Şirkətin direktoru İsfəndiyar İsfəndiyarov ilə çay süfrəsi ətrafında müəssisənin istehsal prosesi, ixrac hədəfləri və məhsulların keyfiyyətinin qorunub saxlanılması haqqında həmsöhbət olduq.

Balkhoorma şirkəti Balakən rayonunda yerləşir və 150-ə yaxın işçi heytinə malikdir. Zavod bütün lazımi avtomatlaşdırılmış avadanlıqlarla təchiz edilmişdir və yuyulma, soyulma, soyutma, qablaşdırma sexlərindən ibarət şəkildə müasir standartlara tam uyğunlaşdırılmışdır.
Şirkət bu günə kimi öz məhsullarını Almaniya, Niderland, Litva, Belarusiya, Rusiya, Ukrayna, Malayziya bazarlarına da ixrac etmişdir.

Qarşılama və xoş münasibətə görə İsfəndiyar bəyə təşəkkür edirik.