Business Breakfast “DineHall” – 21.02.2023

Bu səhər xanım sahibkarların da iştirakı ilə “DineHall” restoranında “Business Breakfast” görüşümüz baş tutdu. Partnyorlarımız səmimi mühitdə bir araya gəldilər. İşgüzar münasibətlərin gücləndirilməsi, yeni əməkdaşlıqlara zəmin yaratması məqsədi ilə təşkil etdiyimiz görüşdə partnyorlarımız arasında tanışlıqlar oldu. Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək müəyyən mövzularda həmsöhbət oldu.

Daha sonra “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində, Lənkaran-Astara, Şirvan-Salyan iqtisadi rayonuna daxil olan şəhər və rayonlardaki 200-dən çox sahibkarın iştirak edəcəyi tədbir haqqında məlumat verildi.

Görüşün son hissəsində Foto Xalça şirkətinin təsisçisi Orxan Hüseyn şirkətin xidmətləri və məhsulları haqqında video təqdimat edərək məhsulları haqqında ətraflı məlumat verdi və sahibkarlara hədiyyələr təqdim etdi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Etika Akademiyası
Foto Xalça
Muradoğlu
Ecolife
Baykon inşaat
Yek Production
Fenstar
S-ENNA
Maurra Group
Bravotech
Aero Tour
Bakı Masura
ArchiCo Academy
Birgə və sağlam İB
DMA
Rövşənoğlu Holding
Global Logistics
Katsan group
Komiforest
İB Group
LS Laser Service
Shane Academy
One Smart Star
Lunchef
Avtoprofi
Fovero Tour