Ofis və İstehsalat Ziyarəti “Proneo” – 21.02.2023

Partnyorlarımızla birlikdə bu dəfəki ziyarətimiz Proneo şirkətinə oldu. Müəssisənin təsisçisi Ramil Qurbanov bizi və partnyorları çay süfrəsi ətrafında qonaq etdi. Partnyorlar arasında tanışlıqlar oldu. Daha sonra Ramil bəy bizi müəssisənin istehsal prosesi ilə tanış etdi və məhsullarını bizə təqdim etdi.

Şirkətin əsas fəaliyyət istiqamətini kabel kanalları(Neotray), havalandırma kanalları(Neoair), onların aksesuarları və istənilən ölçüdə metal elektrik qutularının(Neo Box) istehsalı təşkil edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Proneo
ABV ( Araznet )
BF Group
Zetaş Yapı
Qayo Group
Helind