“Biznes netvörkinqin faydaları” mövzusunda təlim – 26.04.2024

Marsol Karyera və İnkişaf Mərkəzinin təşkil etdiyi təlimdə sahibkarlarımızla bir araya gəldik.

Marsol Group-un əsas məqsədi olan biznes netvörkinq sahəsi ilə daha çox partnyorumuzu yaxından tanış etmək üçün aprelin 26-sı “Biznes netvörkinqin faydaları” adlı təlim təşkil olundu.

Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin rəhbəri Elman Sadıqov bu sahə üzrə öz biliklərini bölüşərək partnyorlarımızı maarifləndirdi.

Təlim, biznes netvörkinqin faydaları ətrafında biznesi inkişaf etdirməyə kömək edəcək əlaqələrin qurulması və bu əlaqələrin faydaları ilə bağlı təqdimatlarla davam etdi.

Təlimin sonunda 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.

İştirak edən şirkətlər:

Azelektrod
BYTE
Maurrra Group
Tekaz
Celt Colleges
Klimatex
TayqaTech
Şərq-Qərb
Logitrans
Elbaer