Açılış mərasimi “Nömrə 1 Tədris Mərkəzi” – Lənkəran – 28.04.2024

Marsol Group partnyoru “Nömrə 1 Tədris Mərkəzi” artıq regiondadır!

Aprelin 28-i Lənkəran şəhərində fəaliyyətə başlamış “Nömrə 1 Tədris Mərkəzi”nin yeni filialının açılış mərasimində Marsol Region partnyorları ilə birgə iştirak etdik. Açılışda mərkəzin direktoru Samin Həsənov təhsil və tədris sahəsində davam edən fəaliyyətlər haqqında məlumat verdi.

Tədris Mərkəzinin açılışında həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev də iştirak etdi.

Nəzərinizə çatdıraq ki, 2016-cı ildən fəaliyyət göstərən tədris mərkəzi məktəbəqədər hazırlıqdan başlayaraq bütün yaş qrupları üzrə hazrılıqları özündə birləşdirir.

Xoş qarşılama üçün Samin bəyə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!