Şourum ziyarəti “Makro İnşaat” – Şəki – 03.05.2023

3 may tarixində “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində Marsol Region partnyoru olan sahibkarlarla birlikdə Şəki rayonunda fəaliyyət göstərən Makro İnşaat şirkətini ziyarət etdik.

Şirkət tikinti materiallarının, çilçıraqların və həmçinin başqa dekorasiya məhsullarının satışı ilə məşğul olur. İlk öncə “Makro İnşaat” şirkətinin satış məntəqəsində çay süfrəsi ətrafında sahibkarlar arasında tanışlıq oldu. Daha sonra müəssisənin şourumunu gəzdik, müəssisənin rəhbəri İlqar Abdullayev bizə şirkətin məhsullarını təqdim etdi və onlar haqqında ətraflı məlumat verdi. Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu Elbrus İsgəndərov da iştirak edib və sahibkarların suallarını cavablandırıb.

Qarşılama və xoş münasibətə görə İlqar bəyə təşəkkür edirik.

İştirak edən şirkətlər:

KOB dostu Elbrus İsgəndərov
Xan evi mebel
Rattan bağ mebelləri
Homegallery