Ofis və istehsalat ziyarəti “Azprint” – 04.05.2023

Partnyor şirkətlərin bir-birilərinin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə “Azprint” şirkətində baş tutdu. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və şirkətləri haqqında ətraflı məlumat verdilər.


4 may tarixində baş tutan bu görüş çərçivəsində partnyorlarımızın diqqəti “Azprint” şirkətinin genişmiqyaslı fəaliyyətinə cəlb olundu. 18 ildir uğurlu şəkildə fəaliyyət göstərən şirkətin rəhbəri Səidə xanım qonaqları şirkətin məhsul və xidmətləri ilə tanış etdi. O, şirkətin “mətbəə, iç və çöl reklamı, promo və tekstil üzrə istənilən sifarişləri münasib qiymətə və keyfiyyətli şəkildə yerinə yetirməklə” yanaşı, həm də “branding, qablaşdırma dizaynı, interyer və eksteryer üzrə mürəkkəb memarlıq dizaynı” kimi geniş sahələrdə peşəkar xidmətlər təklif etdiyini vurğuladı.


Görüş ərzində fəaliyyətləri və xidmətləri ilə yaxından tanışlıq şirkətin yüksək ixtisaslı mütəxəssis heyətinə və müasir avadanlıqlara malik olduğunu bir daha təsdiq etdi. Qonaqlar bu ziyarətdən razı qalaraq, gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirdilər.


İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

AzPrint
Bravotech
Porland
Roof Academy
166 Yükdaşıma və Logistika
OK Media