Ofis Ziyarəti “Shams Group” – 04.05.2023

Sahibkarlar arasında netvörkinq əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil etdiyimiz növbəti ofis ziyarətimiz bu dəfə “Shams Group” şirkətinin yeni ofisində baş tutdu. 20 ildən artıq fəaliyyət göstərən şirkətin təsisçisi Nəsimi Həsənov bizi çay süfrəsi ətrafında qonaq edərək fəaliyyətləri haqqında ətraflı məlumat verdi.

Görüşdə iştirak edən partnyorlarımız gələcək əməkdaşlıqlara zəmin yaratmaq məqsədilə bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında ətraflı məlumat verdilər. Daha sonra “Shams Group”un rəhbəri Nəsimi bəy partnyorlarımıza hədiyyələr verərək əməkdaşlıqlarının nə qədər önəmli olduğunu vurğuladı.

Qeyd edək ki, “Shams Group” yazılı və şifahi formada bədii, texniki, tibbi, hüquqi, iqtisadi sahələrdə tərcümə xidmətlərinin geniş spektrini, filmlərin tərcüməsi, sənədlərin notarial təsdiqi və digər tərcümə xidmətlərini təqdim edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:


Shams Group
Kapital Bank
Grow Audit
AzEstetik
Asstrech
Foto Xalça
Kartpak
Can.az
Beynəlxalq Təhsil Mərkəzi
Əmlak.az
Texno Gallery
Agile Solutions
Best Tech
United Payment
İndigo
Sabiroğlu
Marsol