Ofis Ziyarəti “İcon Pərdə Dizayn” – 05.05.2023

Ofis Ziyarətlərimiz davam edir. 5 may tarixində baş tutan növbəti ofis ziyarətimizin ünvanı “İcon Pərdə Dizayn” şirkəti oldu. Şirkətin rəhbəri Nübar Qurbanova çay süfrəsi ətrafında partnyorlarımızı qonaq edərək fəaliyyətləri və eyni zamanda yeni fəaliyyətə başlayan şirkəti “Stella Wedding Boutique” haqqında məlumat verdi. Daha sonra partnyorlarımız gələcək əməkdaşlıqlara zəmin yaratmaq məqsədilə bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında ətraflı məlumat verdilər.


Görüşün davamında müəssisənin şourumunda qonaq olduq və şirkətin məhsulları ilə daha yaxından tanış olduq. 2000-ci ildən fəaliyyət göstərən şirkət bütün növ pərdə, karniz, jalüz, stor, parçaya aid bütün məhsulların topdançısıdır.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Hood Academy
AzEstetik
Dolma
BSC
Cleverest Academy
Nativis
Ledior
Catering Baku
İcon Pərdə Dizayn
Marsol