“Sahibkarlar üçün güzəştli maliyyə imkanları” mövzusunda görüş keçirilib.

Sahibkarlığın İnkişafı Fondunun (SİF) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “Sahibkarlar üçün güzəştli maliyyə imkanları” mövzusunda görüş keçirilib.

Görüş “Marsol Group”un rəhbəri Tural Mustafayevin açılış nitqi ilə başlayıb. Daha sonra Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Osman Xaliyev “Marsol Group” üzvü olan sahibkarları salamlayaraq SİF-in güzəştli kredit tələbləri barədə verilən sualları cavablandırıb. Bununla yanaşı, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizminin təqdimatı keçirilib, biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Daha sonra sahibkarların maliyyə ilə bağlı problemləri SİF-in İdarə Heyətinin sədri Osman Xaliyevin diqqətinə çatdırılıb, onların həlli istiqamətində geniş müzakirələr olub.