12 fevral tarixində “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində 40-a yaxın region sahibkarının iştirakı ilə Şəki şəhərində fəaliyyət göstərən “Karvan” restoranında layihənin ilk “Business Breakfast” görüşü baş tutdu. Əvvəlcə, şirkətimizin Regional layihələr üzrə kordinatoru Nəriman Cəfərli bugün davam edən və gələcək üçün nəzərdə tutulan fəaliyyətlər haqqında geniş məlumat verdi. İşgüzar münasibətlərin gücləndirilməsi, yeni əməkdaşlıqlara zəmin yaratması məqsədi ilə təşkil etdiyimiz görüşdə sahibkarlar arasında tanışlıqlar oldu. Daha sonra dövlət qurumlarından Şəki İcra Hakimiyyətinin birinci müavini Elman İmamverdiyev, Dövlət Məşğulluq Agentliyinin Şəki regional şöbəsinin müdiri Abdulla Kərimov və Region KOB dostları görüşdə iştirak edərək sahibkarların suallarını cavablandırıb, müəyyən mövzularda həmsöhbət oldular.

Görüşün davamında partnyorumuz Məsləhətçi.az şirkətinin rəhbəri Abbas Orucəliyev “Vergi qanunlarında dəyişikliklər” mövzusunda maarifləndirici təqdimat edərək fəaliyyətləri haqqında ətraflı məlumat verdi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Şəki İcra Hakimiyyəti
Dövlət Məşğulluq Agentliyi
KOB dostu (Şəki)
KOB dostu (Zaqatala)
KOB dostu (Qax)
Kapital Bank
Balakan Foods
Zaqatala Çay
Bizim Təndir
Zaqma
Sporta.az
Biogarden Aqroekoturizm
Kəlağayı ASC
Xanevi Mebel
CS Construction
Karvan Restoranı
İmdatoğulları
Home Gallery
Daş Dəyirmanı Un
Dastan Restoranı
Tam Aqro
Ləcheq MMC
Bal Kamal
Əliəhməd Şirniyyat Evi
Şəki Store
Bərəkət Ədviyyat Evi
Məsləhətçi.az
Greenwood
Allplast
Macara Hotel
Çələbi Xan Restoranı