Ofis Ziyarəti “One Smart Star” – 15.02.2023

Bu gün partnyorumuz “One Smart Star” şirkətində ofis ziyarətimiz baş tutdu. Bizi şirkətin rəhbəri Vüqar Əliyarov qarşıladı. Tanışlıq olduqdan sonra, şirkətin fəaliyyət və xidmətləri haqqında bizə ətraflı məlumat verdi. 2010-cu ildən etibarən Azərbaycanda fəaliyyətə başlayan One Smart Star şirkəti dünyada sürətlə yayılan, korporativ müştərilərə özlərini rəqiblərindən fərqləndirməkdə kömək edən, şirkətin bütün əlaqə məlumatlarını tək, sadə və asan yadda qalan ulduzlu nömrədə cəm edən yeni qabaqcıl texnologiyanı təqdim edir. Bu xidmət istənilən telekommunikasiya sistemində işləyir. One Smart Star nömrəsi şirkətin markasını daha da gücləndirərək, ulduz () və dörd rəqəmdən ibarət qısa rabitə çıxışı imkanlarını artırır. Müştərilər sadəcə ulduz () işarəsini və dörd rəqəmli İdentifikasiya kodunu daxil etməklə, sizinlə əlaqə yaratmaq imkanı əldə edirlər. Bu nömrənin yadda saxlanılması asan, istifadəsi isə çox sadədir.

Bu xidmətdən istifadə edənlərdən biri də məhz bizim şirkətdir. *0555 nömrəsini yığaraq Marsol şirkəti ilə əlaqə saxlaya bilərsiniz.

Bizi qonaq edən şirkət rəhbərliyinə və görüşdə iştirak edən partnyorlarımıza təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzu edirik.

İştirak edən şirkətlər:
Qanun Mühasibatlıq Xidmətləri
Abşeron Logistika Mərkəzi
Mibella Mebel
BMY Caspian
Globus Travel
Jet Cinema
New Life Systems
Envix Print
Qayo group
Kral Group
Dolma Restoranı