Ofis Ziyarəti “Caspian Energy Group” – 15.02.2023

15 yanvar tarixində partnyorlarımızla birlikdə, “Caspian Energy Group” şirkətinin ofisini ziyarət etdik. Bizi qarşılayan, şirkətin direktoru Natiq Aydayev ilk öncə şirkətin anbarında öz məhsulları ilə tanış etdi və davamında Caspian Energy Group tərəfindən yaradılan “Caspian Profile Systems” şirkətinin istehsalatı və iş prinsipləri haqqında ətraflı məlumat verdi, istehsalat gəzintisi etdik. Daha sonra çay süfrəsi ətrafında partnyorlarımız arasında tanışlıqlar oldu və gördükləri işlər haqqında məlumat verdilər.

Caspian Energy Group respublikamızın inşaat sektorunun tələblərinə uyğun olaraq Rusiya, Türkiyə, Ukrayna, İtaliya və İspaniyanın, dünya şöhrətli bir çox şirkətlərinin istehsal etdiyi izolyasiya və inşaat materiallarının idxalını və daxili bazarda satışını həyata keçirir.
CPS (Caspian Profile Systems) şirkəti, Respublika prezidenti, cənab İlham Əliyevin tapşırıqları əsasında, yerli istehsalın gücləndirilməsi, sahibkarlığın inkişafı proqramlarına uyğun olaraq, dövlət dəstəyindən yararlanmaqla 2021-ci ildə Caspian Energy Group tərəfindən yaradılmışdır.

Başda Natiq bəy olmaqla iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Antik İnşaat
Komiforest
Əmlak.az
Fleetstok
Unity Technologies
Minor Business Group
Concept Home
Proneo
Storm Engeenering
Best Bearing
Caspian Profile Systems
Caspian Energy Group